“Tütünsüz həyat: Sən özün yarat”

DÜNYA
02:20 05.06.2012
1850
“Tütünsüz həyat: Sən özün yarat” adlı fotomüsabiqə yekunlaşıb. Müsabiqə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, “İrəli” Tibb Klubunun birgə təşkilatçılığı ilə baş tutub. “İrəli” İB-in mətbuat xidmətindən verilən məlumata görə, layihənin yekunu ilə bağlı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində tədbir keçirilib. Tədbirdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin rəhbəri Ceyhun Məmmədov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, millət vəkilləri İlham Məmmədov, Musa Quliyev, “İrəli” Tibb Klubunun koordinatorları Nigar Əliyeva, Dünya Fərzəliyeva iştirak ediblər. Qonaqlar tütünün zərərlərindən, ölkədə tütünə qarşı bu günə qədər keçirilmiş tədbirlərdən danışıb və fotomüsabiqəni ölkədə aparılan tütün əleyhinə layihə kimi yüksək qiymətləndiriblər. Daha sonra fotomüsabiqə qaliblərinə münsiflər heyəti tərəfindən sertifikat verilib. Birinci yerin qalibi Zaur Mirzəyev, ikinci yer Əli İbrahimov, üçüncü yerin qalibi isə Tərxan Şahrazlı diplom və pul mükafatı ilə təltif olunublar.

OXŞAR XƏBƏRLƏR