Azərbaycan Ordusunun əsgəri özünü güllələdi

Azərbaycan Ordusunun əsgəri özünü güllələdi
13:07 04.06.2012
2302
Beyləqan rayonundakı "N" saylı hərbi hissəsinin əsgəri, 1991-ci il təvəllüdlü Sahib Xəlilov tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev açıqlamasında faktı təsdiqləyib.
O deyib ki, hazırda faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR