Kamran Ağayev yenə iddialı danışdı: “Belçika ilə oyunda 3 xal bizim olacaq”
İDMAN
21:43 28.03.2011
2073
Yığmamızın qapıçısı Kamran Ağayev Brüsseldə Belçika yığma komandası üzərində qələbə qazanmaq istədiklərini bildirib.
“Biz bura nəticə, konkret qələbə dalınca gəlmişik. İnşallah, Belçika ilə oyunda 3 xalı da bizim komanda qazanacaq. Mən qələbəyə inanıram. İnanmasaydım, heç bura gəlməzdim. Yığmada təsadüfi futbolçular yoxdur, hamısı güclü oyunçulardır”, – deyə Kamran Ağayev vurğulayıb.
Mətbuat konfransında çıxış edən millimizin digər üzvü Elvin Məmmədov da komandanın səfərdə uğurlu nəticəyə imza atacaqlarına inandığını bildirib.