Çox dostu olan çox yaşayar - ALİMLƏR

MAQAZİN
12:00 03.06.2012
2046
Avstraliyalı alimlər dostluq etməyin faydalarını üzə çıxarıblar. Bunun üçün onlar 10 ildən artıq təqaüddə olan minlərlə yaşlı insanı öyrənərək sosioloji tədqiqat aparıblar. Tədqiqatlar nəticəsində alimlər belə nəticəyə gəliblər ki, dostluq münasibətləri insan ömrünü uzada bilər. Nəticələrə görə, daha çox dostları olan yaşlı insanlar təkliksevən həmyaşıdlarına nisbətən çox yaşayırlar. İnsanın sağlamlığı dostların sayından asılıdır. Əgər insanın dostu çoxdursa, deməli fiziki və psixi sağlamlığı da möhkəm olur. Bununla belə, çox incə bir məqam mövcuddur. Dostluğun fiziki və psixi sağlamlığa müsbət təsiri üçün dostların təxminən eyni yaşa və yaxın sosial səviyyəyə məxsus olması çox əhəmiyyətlidir.

OXŞAR XƏBƏRLƏR