«Trend Life»ın verdiyi məlumata görə, Vitebskdə "Slavyan bazarı" XX Beynəlxalq incəsənət festivalında iştirak edən Aynişan 17-18-ci yerləri bölüşüb.
Xatırladaq ki, yarışdan əvvəl onun anası, əməkdar artist Aybəniz Həşimova qızının birincilik uğrunda yarışacağını bildirirdi.
20 ölkə nümayəndəsinin qatıldığı yarışda qalib Belarus təmsilçisi Alyona Lanskaya olub. O, 15 min dollar pul mükafatı da əldə edib.