Baş Prokurorluq işçi axtarır

Baş Prokurorluq işçi axtarır
00:45 01.06.2012
2120

Baş Prokurorluq prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 100 ştat vahidi üzrə növbəti müsabiqə elan edib. Bu barədə AZXEBER.COM-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, qanunvericiliklə müəyyən edilən tələblərə cavab verən və prokurorluq orqanlarına işə qəbul olunmaq istəyən şəxslər müvafiq sənədləri təqdim etməklə Baş Prokurorluğa müraciət edə bilərlər. Sənədlər Baş Prokurorluğun inzibati binasında 05 iyun 2012-ci il tarixdən 31 avqust 2012-ci il tarixədək qəbul olunacaq. Prokurorluğa işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlığı və layiqliyinin müəyyən edilməsi məqsədi ilə tam aşkarlıq şəraitində, şəffaf üsullarla və beynəlxalq tələblərə uyğun keçirilən ixtisas imtahanları (test və yazılı imtahanlar) və müsahibədən ibarət müsabiqə təşkil ediləcək. Müsabiqədə bərabər nəticələr əldə edən şəxslərdən xarici dilləri bilənlərə üstünlük veriləcək. Prokurorluğa işə qəbul olunmaq üçün sənədlərini təqdim etmək istəyənlərin nəzərinə çatdırılır ki, namizədlərin ali hüquq təhsili Azərbaycan Respublikası ərazisində müvafiq qaydada tanınan diplomla təsdiq edilməli, onlar Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilməli və seçkilərdə iştirak etmək hüququna malik olmalıdır. Prokurorluğa işə 30 yaşınadək olan Azərbaycan Respublikası vətəndaşları qəbul olunurlar.Müsabiqənin test imtahanının yekunlarına görə 70 və daha artıq bal toplamış namizədlər yazılı imtahana buraxılırlar.Test imtahanının vaxtı, yeri, imtahan suallarının hazırlanmasında istifadə edilmiş qanunların siyahısı və digər məlumatlar barədə kütləvi informasiya vasitələrində, o cümlədən, Baş Prokurorluğun internet saytında (www.genprosecutor.gov.az) və Qəbul otağında yerləşdirilən lövhədə əlavə məlumat veriləcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Növbəti iki gündə külək güclənəcək
17:42 11.08.2025
Növbəti iki gündə külək güclənəcək
İran qaçaqmal yanacaq daşıyan tankeri saxlayıb
17:39 11.08.2025
İran qaçaqmal yanacaq daşıyan tankeri saxlayıb
Bakıda və rayonlarda leysan yağacaq - XƏBƏRDARLIQ
17:34 11.08.2025
Bakıda və rayonlarda leysan yağacaq - XƏBƏRDARLIQ
Makron: İrəvan və Bakı arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirəm
17:24 11.08.2025
Makron: İrəvan və Bakı arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirəm
Azərbaycan və Ermənistan sülh sazişinin icrasına nəzarət məqsədilə ikitərəfli komissiya təsis edəcək
17:23 11.08.2025
Azərbaycan və Ermənistan sülh sazişinin icrasına nəzarət məqsədilə ikitərəfli komissiya təsis edəcək
Azərbaycanla Ermənistan separatizm və terrorizmin bütün təzahürlərini pisləyirlər
17:22 11.08.2025
Azərbaycanla Ermənistan separatizm və terrorizmin bütün təzahürlərini pisləyirlər
Azərbaycan və Ermənistan bir-birinə güc tətbiq etməyəcək və ya güc tətbiq etməklə hədələməyəcək
17:20 11.08.2025
Azərbaycan və Ermənistan bir-birinə güc tətbiq etməyəcək və ya güc tətbiq etməklə hədələməyəcək
Azərbaycan və Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı iştirakçı dövlətlərə müraciət ediblər
17:19 11.08.2025
Azərbaycan və Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı iştirakçı dövlətlərə müraciət ediblər
Azərbaycan və Ermənistan gələcəkdə bir-birinə qarşı ərazi iddialarını qaldırılmayacağını təsdiq ediblər
17:19 11.08.2025
Azərbaycan və Ermənistan gələcəkdə bir-birinə qarşı ərazi iddialarını qaldırılmayacağını təsdiq ediblər
Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlər qurulacaq
17:18 11.08.2025
Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlər qurulacaq
Azərbaycanla Ermənistan müxtəlif sahələrdə əməkdaşlığın təsis edilməsi üçün razılaşmalar bağlaya bilər
17:18 11.08.2025
Azərbaycanla Ermənistan müxtəlif sahələrdə əməkdaşlığın təsis edilməsi üçün razılaşmalar bağlaya bilər
XİN Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin mətnini yayıb
17:17 11.08.2025
XİN Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin mətnini yayıb
Bu ərazilərdə işıq olmayacaq
17:14 11.08.2025
Bu ərazilərdə işıq olmayacaq
Özbəkistan universitetlərinin tələbələri “Ulduz” Şokolad Fabrikində istehsalat təcrübəsində iştirak ediblər
17:08 11.08.2025
Özbəkistan universitetlərinin tələbələri “Ulduz” Şokolad Fabrikində istehsalat təcrübəsində iştirak ediblər
Röya Ayxanın atası vəfat etdi
16:51 11.08.2025
Röya Ayxanın atası vəfat etdi
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,6 milyard avro köçürüb
16:41 11.08.2025
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,6 milyard avro köçürüb