AZƏRBAYCANDA "STAVKA" QOYANLARIN DİQQƏTİNƏ!

İDMAN
12:54 18.01.2011
2287

Bu haqda yanvarın 18-də təşkil olunan mətbuat konfransında qurumun sədri Ahmet Sezer məlumat verib. 

O bildirib ki, ən azı 3 oyuna pul qoyuluşunun edilməsi daimi xarakter almayacaq. Sezer gələcək hədəflərinin pul qoyuluşunu minimum 1 matçadək azaltmaqdan ibarət olduğunu vurğulayıb. “Topaz”ın əmsalları isə dünyaca tanınmış bukmeyker şirkətlərinin müəyyənləşdirdiyi əmsallardan fərqlənməyəcək. 

Türkiyədə “İddaa” adlı idman mərc oyunlarını həyata keçirən “İnteltek” şirkətini 2004-cü ildə qurduqlarını deyən Sezer 7 ildə 17 milyon dollarlıq dövriyyə ilə dünyada ikinci yeri tutduqlarını açıqlayıb. Onun sözlərinə görə, bu müddətdə basketbol üzrə 2010-cu il dünya çempionatının, Ərzurumda keçiriləcək Qış Universiadasının baş sponsoru, futbol üzrə Türkiyə Superliqasının isə titul sponsoru olublar. Basketbol üzrə dünya çempionatının oyunları üçün iki arena tikiblər: “Biz bu işlərə sıfırdan başladıq və 7 il ərzində xeyli iş gördük. Azərbaycanda da sıfırdan başlayırıq. İnanıram ki, burada da fəaliyyətimiz uğurlu alınacaq”. 

“Azəridmanservis” Dövlət Müəssisəsinin baş direktoru Azər Məhərrəmov isə bildirib ki, “İnteltek” Türkiyədə çox uğurlu fəaliyyət göstərən və tanınmış şirkətdir. Bu şirkət Azərbaycanda fəaliyyət üçün də akkreditasiya alıb. 

Məhərrəmovun sözlərinə görə, “qara bazar”da fəaliyyət göstərən bəzi əcnəbi bukmeyker kontorlarına girişin bağlanılması üzərində iş gedir. Onun fikrincə, görülən işlər qısa zamanda bəhrəsini verəcək. Əvəzində “Topaz”ın saytı açılacaq. Bu isə insanlara evdən çıxmadan internet vasitəsilə pul qoyuluşu etməyə şərait yaradacaq.  //lent.az

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:32 28.11.2021

Sizdə bu əlamətlər varsa, "omikron" ştammına yoluxa bilərsiniz

16:31 28.11.2021

Ermənistanın KTMT fiaskosu: Təşkilat üzvləri Qarabağı Azərbaycan ərazisi kimi qəbul edir

16:26 28.11.2021

İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşdü

15:59 28.11.2021

"Azərbaycan rus dilində təhsilə görə MDB-də ilk sıralarda yer tutur" - Deputat

15:49 28.11.2021

Saatlıda bir sıra obyektlərdə karantin qaydalarının pozulması aşkarlandı

15:37 28.11.2021

Zərrin Özər intihara cəhd etdi

15:23 28.11.2021

Rusiyada "omikron" ştamına yoluxma halları aşkarlandı

14:58 28.11.2021

İsveçrə Avropanın bir neçə ölkəsindən girişi məhdudlaşdırdı

14:31 28.11.2021

İran prezidenti Ərdoğanla görüşdü: Regionda təhlükəsizliyi qoruya bilərik

14:10 28.11.2021

Daxili Qoşunların iki hərbi qulluqçusu minaya düşdü

14:01 28.11.2021

Daha bir ölkədə yeni ştamla bağlı karantin qaydaları sərtləşdirildi

13:36 28.11.2021

Qara və boz paltarlar sağlamlıq üçün təhlükəlidir: XƏBƏRDARLIQ

13:18 28.11.2021

İlham Əliyev: "Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib"

13:09 28.11.2021

Ərdoğan: "Azərbaycanın bölgədə rifahın artması üçün atdığı addımlar təqdir edilməlidir"

13:04 28.11.2021

Dövlət başçısı: "Əminəm ki, İƏT-ə üzv ölkələr Zəngəzur dəhlizindən istifadə edəcəklər"

12:59 28.11.2021

Təhlükəli “Omikron” ştammı yayılır: Azərbaycan bundan qorunmaq üçün nə etməlidir? - AÇIQLAMA