Mart ayından etibarən Azərbaycanda yeni – “Natiq” televiziyası (NTV) fəaliyyətə başlayacaq. Sözügedən televiziyanın rəhbəri, Azad Azərbaycan Televiziyasının (ATV) sabiq vitse-prezidenti Natiq İbrahimov olacaq. Onun sözlərinə görə, yeni televiziya kabel yayımına da malik olacaq: “Hazırda NTV-nin qurulması işləri həyata keçirilir. Yəqin ki, mart ayınadək işlər başa çatdırılacaq və telekanal fəaliyyətə başlayacaq”./Bizimxeber.az/