Bu gün Bakıda və Abşeron yarımadasında havanın gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 0-3, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir.