Hüsnü Mübarək həbsxanada şıltaqlıq edir

DÜNYA
08:05 06.06.2012
2100
Misir qəzetləri ömürlük həbsə məhkum olunmuş sabiq prezident Hüsnü Mübarəkin həbsxanadakı ilk günlərindən yazıb.
 Məlumata görə, həbsxanaya aparıldığı ilk gün Mübarəki helikopterdən düşməyə razı salmaq üçün 3 saat dil töküblər. Bundan başqa Hüsnü Mübarəkin müvafiq formanı geyməyərək mavi pijamalarını tələb etməsi həbsxana nəzarətçilərini çıxılmaz vəziyyətə salıb.

OXŞAR XƏBƏRLƏR