Türkiyəli müğənni Zeynəb Bektaş naməlum şəxslərin hücumuna məruz qalıb. Yerli mətbuatın yaydığı məlumata görə, hadisə Z. Bektaşın musiqi müəllimi olduğu məktəbin qarşısında baş verib. Məlumata görə, müğənni işlədiyi İstanbul Kartal rayonudakı məktəbdən çıxaraq avtomobilinə tərəf gedərkən 3 naməlum şəxs ona yaxınlaşaraq üzünə sulfat turşusu atıblar.Bektaşın qışqıraraq ətrafdan yardım istəməsi ilə şəxslər avtomobillə hadisə yerindən uzaqlaşıblar. Üzündə yanıq yaraları meydana gələn Z. Bektaş yaxınlıqda olanların köməyi ilə Kartal təlim və araşdırma xəstəxanasına çatdırılıb.Hüquq mühafizə orqanları faktla bağlı istintaq başladıb və qaçan şəxslərin ələ keçirilməsi istiqamətində araşdırmalar davam edir.