Bu günə olan hava proqnozu

Bu günə olan hava proqnozu
Bütün Xəbərlər
00:21 13.09.2012
1107
AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi xəbər, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 16-19, gündüz 23-27 dərəcə isti olacaq.Bakıda gecə 16-18, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir.Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 760 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq.Abşeronun çimərliklərindədəniz suyunun temperaturu 21-23 dərəcə isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasındahava, əsasən, yağmursuz keçəcək.Temperaturun gecə 11-16, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarındahava, əsasən, yağmursuz keçəcək.Temperaturun gecə 7-12, gündüz 16-20 dərəcə isti olacağı gözlənilir.Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarındahava, əsasən, yağmursuz keçəcək.Temperaturun gecə 13-17, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarındahava, əsasən, yağmursuz keçəcək.Temperaturun gecə 10-15, gündüz 17-22 dərəcə olacağı gözlənilir.Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarındahava, əsasən, yağmursuz keçəcək.Temperaturun gecə 14-19, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarındahava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.Temperaturun gecə 16-20, gündüz 22-27 dərəcə, dağlarda gecə 9-13, gündüz 15-18 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR