Həftəsonu hava necə olacaq?

Həftəsonu hava necə olacaq?
Bütün Xəbərlər
14:22 09.03.2012
1556
Bakıda və Abşeron yarımadasında martın 10-da fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gün ərzində arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 0 dərəcəyə yaxın, gündüz 1-4 dərəcə isti, axşam 0-1 dərəcə şaxta olacağı gözlənilir. Azərbaycanın rayonlarında martın 10-da arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 13-18 dərəcə şaxta olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR