Parlamentin komissiya sədri: “Azərbaycan qiymət artımının qarşısını almağa çalışır”

Bütün Xəbərlər
13:43 16.03.2011
1460

Trend-in məlumatına görə, bu barədə parlamentin İqtisadi siyasət komitəsinin rəhbəri Ziyad Səmədzadə bildirib: “Bununla əlaqədar ölkənin istehlak bazarında qiymət artımının qarşısının alınması və aradan qaldırılması üçün xüsusi tədbirlər görülür”. Onun sözlərinə görə, görülən tədbirlərə baxmayaraq, tərəfdaş ölkələrdəki proseslərin Azərbaycana təsiri davam edir: “Ona görə də Azərbaycan hökuməti idxaldan asılılığın azaldılması və daxili istehsal hesabına ərzaq təhlükəsizliyinin təmin olunması üçün bütün zəruri tədbirləri görür”.

 

2011-ci ilin fevralında istehlak malları və xidmət tariflərinin qiymətləri yanvar ayına nisbətən 2,2 faiz, yanvar-fevralda isə 2010-cu ilin analoji dövr göstəricisi ilə müqayisədə 8,9 faiz artıb.

Fevralda ərzaq məhsullarının qiymətləri 2,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz, xidmət tarifləri isə 4,3 faiz bahalaşıb. 2010-cu ilin yanvar-fevral aylarına nisbətən ərzaq məhsulları 13,7 faiz, qeyri-ərzaq məhsulları 2,8 faiz, xidmətlər sahəsində tariflər isə iki faiz artıb.

Son vaxtlar İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin apardığı tədbirlərin gücləndirilməsi nəticəsində ölkənin istehlak bazarında bitki yağı, şəkər, şəkər tozu, toyuq yumurtası, soğan, kartof və s. kimi bəzi istehlak mallarının qiymətlərində tədricən azalma müşahidə olunur.

Son araşdırmalar nəticəsində aydın olub ki, yağın qiyməti 5-6 faiz, şəkərin 4 faizədək, şəkər tozunun 5-6 faiz, toyuq yumurtasının 50 faizədək, toyuğun 15 faizədək, süd məhsullarının 2-4 faiz, kartofun 15 faiz, soğanın 10 faiz, sitrus meyvələrinin qiyməti isə 15-20 faiz azalıb.

OXŞAR XƏBƏRLƏR