ŞOK! Bakıda baş kəsildi

Bütün Xəbərlər
09:44 21.12.2010
2246

 

12:34
Bakının Nəsimi rayonunda qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 2-ci mikrorayonda Vladimir Heydərovun meyiti boğaz nahiyəsində kəsilmiş-deşilmiş xəsarətləri ilə mənzilindən tapılıb. 

Görülən zəruri tədbirlər nəticəsində, Vladimr Heydərovu bıçaqla qətlə yetirən, Azadlıq prospekti ev 60-da yaşayan, əvvəllər məhkum olunan, Etibar Mustafayev tutulub.

***

Nəsimi Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, ölüm hadisəsi bir müddət əvvəl baş verib. İlkin yoxlamalar zamanı mərhumun boğaz nahiyəsini kəsərək intihar etdiyi qənaətinə gəlinib. Faktla bağlı AR CM-nin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayəti işi başlanılıb. 

Lakin hadisənin üzərindən xeyli vaxt keçəndən sonra əvvəllər məhkum olunan Etibar Mustafayev adlı şəxs polis bölməsinə gələrək Vladimir Heydərovun məhz onun tərəfindən öldürüldüyünü bildirib. O, bildirib ki, V. Heydərov tüfeyli həyat tərzi sürüb. İki dost Vladimirin evinə gələrək yeyib-içiblər. Sərxoş olan mərhum söhbət zamanı dostunu söyüb və tərəflər arasında mabahisə yaranıb. E.Mustafayev stolun üstündə olan mətbəx bıçağını götürərək Heydərovun boğaz nahiyəsindən bir necə zərbə endirib və mənzildən uzaqlaşıb. 

Hazırda faktla bağlı rayon Prokurorluğunda ASR CM-nin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cianyət işi başlanılıb, araşdırma aparılır. //Ans Press

OXŞAR XƏBƏRLƏR