Baltalanan Mahir Cavadov orta məktəbdə idman müıəllimi işləyir. Əvvəllər isə o, İmişilinin "MKT-Araz" futbol klubunun masajçısı işləyib.
16:11
Rayon Polis Şöbəsindən verilən məlumata görə, şəhər sakini 66 yaşlı Vəli Cavadov mübahisə zamanı qohumu 52 yaşlı Mahir Cavadovu baltalayıb. Hadisə bu gün günorta satlarında şəhərin Heydər Əliyev prospektində baş verib.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
V. Cavadov polis tərəfindən tutularaq istintaq orqanına təhvil verilib. Xəsarətlər ölümcül olduğundan faktla bağlı İmişli rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, iş rayon prokurorluğuna göndərilib.
*****
Məsələ ilə bağlı müraciət etdiyimiz İmişli rayon prokuroruNizami Göyüşov Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, hadisə namus üstündə törədilib. Saxlanılan Vəli Cavadov ilkin dindirmə zamanı bildirib ki, əmisi nəvəsi olan Mahir Cavadov rayonda onun arvadı barəsində əxlaqsız məlumatlar yayıb. Ona görə də bu gün balta ilə silahlanaraq onu qarşısını kəsib və arvadı barəsəində yaydığı söhbətlərə son qoymasını tələb edib. Görünür, Mahirin cavabı Vəlinin ürəyincə olmayıb və balta ilə onun başına ağır zərbə endirib. Hazırda Mahir Cavadov ölümcül vəziyyətdə xəstəxanadadır.
Prokuror onu da əlavə etdi ki, Vəli Cavadov artıq üç dəfə ailə həyatı qurub. O, iki arvaddan ayrılıb. Bir neçə gün əvvəl isə başqa bir qadınla evlənib. Mahir Cavadovu da məhz onun sonuncu arvadı barəsində yaydığı məlumatlara görə vurub. //milli.az