Mübariz İbrahimovun adını daşıyan gəmi suya endirildi

Bütün Xəbərlər
19:22 20.12.2010
2308

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, tədbirə “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov, “Beşiktaş” şirkətlər qrupunun İdarə Heyətinin sədri İhsan Kalkavan, Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov və Mübariz İbrahimovun ailəsi qatılıb.

Tədbirdə qeyd olunub ki, “Mübariz İbrahimov” tankerinin uzunluğu 139 metr, yük götürmə qabiliyyəti 7 min tondur. 

Milli Qəhrəmanın atası Ağakərim İbrahimov çıxışında oğlunun adının bir gəmiyə verilməsindən qürur duyduğunu deyib. Baş konsul Həsən Zeynalov isə bildirib ki, M. İbrahimov türk millətinə xas olan qəhrəmanlıq göstərib: “Azərbaycanda Mübariz kimi minlərlə, onminlərlə gəncimiz bu gün də torpaqlarımızı azad etməyə hazırdır”.

Qeyd edək ki, Mübariz İbrahimovun adını daşıyan tanker “Palmali” tərəfindən 2009-cu ildə Beşiktaş tərsanəsinə sifariş verilmiş 10 tankerdən birincisidir. İnşası 4 aya tamamlanmış bu gəmi 16,4 milyon dollara başa gəlib.

 

OXŞAR XƏBƏRLƏR