Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Heydər Əliyev prospektinin Suraxanı rayonundan keçən hissəsində "Mercedes" markalı avtomobil yolu keçməyə çalışan 50-55 yaşlı kişini vurub. Ağır xəsarətlər alan şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.