Zakir Qaralovdan yeni - Təyinatlar

Zakir Qaralovdan yeni - Təyinatlar
SOSİAL
14:07 15.12.2016
4055

Prokurorluq orqanlarında yeni təyinatlar olub.

Bununla bağlı baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Sumqayıt hərbi prokuroru Rövşən Əfəndiyev tutduğu vəzifədən azad edilərək Respublika Hərbi Prokurorluğunda istintaqa nəzarət şöbəsinin rəisi, Respublika Hərbi Prokurorluğunun müraciətlərə baxılması şöbəsinin rəisi Zöhrab Kazımov tutduğu vəzifədən azad edilərək Sumqayıt hərbi prokuroru, respublika hərbi prokurorunun böyük köməkçisi Səfər Əhmədov isə Respublika Hərbi Prokurorluğunun müraciətlərə baxılması şöbəsinin rəisi vəzifələrinə təyin olunublar. (apa)

 

OXŞAR XƏBƏRLƏR