Uşağınıza qışda bunu etməyin

MARAQLI
02:02 28.12.2016
4168
İçimizi isidən günəş işığının faydaları saymaqla bitmir. Bədənin D vitamini ehtiyacını böyük ölçüdə ödəyən günəş işığından yayda və qışda da istifadə etməyimiz lazımdır. Xüsusilə körpələr və inkişaf dövründəki uşaqların yayda olduğu kimi, qışda da diş və sümük inkişafı üçün son dərəcə əhəmiyyətli olan D vitaminin təbii olaraq, günəşdən almaları mühümdür. Ancaq bu, tək başına yetərli deyil. D vitamini orqanizmdə kalsium tarazlığını təmin edir və sümük sağlamlığında fəal rol oynayır.
 
AZXEBER.COM deyerler.org-a istinadən bildirir ki, D3 vitamini dəridən ultrabənövşəyi şüaları, yəni günəşin faydalı şüalarını qəbul edərək, bədəndə həll edir və faydalı hala çevirir. D2 vitamini bitkilərdən qəbul edilən növdür. Ən çox balıq, balıq yağı, qaraciyər, ət və yumurta sarısında olur. Ailələrin həyat formaları və hava çirklənməsi də körpələrin qeyri-kafi günəş görməsinə səbəb olur. Bütün hamilələrin və körpələrin gündə 10-15 dəqiqə müddət ilə günün ortasına yaxın saatlarda günəş şüalarından istifadə etməsi vacibdir.
OXŞAR XƏBƏRLƏR