Doğduğu körpəni zibil qabına atdı - İfadəsi qan dondurdu

Doğduğu körpəni zibil qabına atdı - İfadəsi qan dondurdu
DÜNYA
17:57 19.01.2017
8165

 

Türkiyənin Əskişəhər şəhərində cinsi əlaqəyə olduğu sevgilisi O.Ş.-dən hamilə qalan və bunu ailəsindən gizlədən 19 yaşlı K.Ç., qarın ağrısı şikayətiylə getdiyi özəl xəstəxananın tualetində doğuş edib.

Dünyaya gətirdiyi körpəni tualetdəki zibil qabına atan K.Ç. həbssiz mühakimə olunduğu məhkəmədə verdiyi ifadədə "Həyəcandan özümü itirmişdim" deyib.

Kilolu olduğu üçün hamiləliyini ailəsindən gizlədən K.Ç. təxminən 3 ay əvvəl bu cinayəti törədib.

Xəstəxana işçiləri K.Ç.-ni tualetdə qan içində və yarı huşsuz halda yerdə uzalı tapıblar. Təmizlik işçiləri ağlamaq səsi eşidəndə zibil qutusundakı körpəni də görüblər.

Sağlamlıq vəziyyətinin yaxşı olduğu təyin olunan körpə Ailə və Sosial Siyasətlər İl Müdirliyinin tərkibində olan "0-6 Yaş Qrupu Uşaq Evi"nə verilib.

Ana K.Ç. haqqında dünyaya gətirdiyi körpəsini zibil qutusuna ataraq ölümə məhkum etdiyi üçün 15 ilə qədər həbs istəyiylə Əskişəhər 3-cü Ağır Cəza Məhkəməsində iddia qaldırılıb. Məhkəmənin ilk iclası dünən keçirilib. Həbssiz mühakimə olunan K.Ç. hamilə qaldığını ailəsindən və ətrafından gizlətdiyini, kilolu olması səbəbiylə heç kimin ondan şübhələnmədiyini deyib. Hamilə qaldığı sevgilisi O.Ş.-nin də bundan xəbərsiz olduğunu söyləyən K.Ç. ifadəsi zamanı "O.Ş ilə bir müddət yaxınlığımız oldu. Hamilə qaldığımı sonradan öyrəndim. Heç kim hamilə olduğumu bilmirdi. Anam ilə birlikdə qarın ağrısı şikayəti səbəbiylə özəl bir xəstəxanaya getdik. Yanından ayrılıb tualetə girdim. Sancılarım artmışdı. İçəridə doğum etdim. Çox qorxmuşdum və həyəcandan titrəyirdim. Körpəni zibil qutusuna atdım. Daha sonra içəri girənlər məni yerdə qan içində tapıblar. Qorxudan nə etdiyimi bilmirdim" deyib.

Məhkəmə boyu gözyaşı tökən K.Ç. körpəsini öldürmək məqsədinin olmadığını söyləyib. Məhkəmə prosesi təxirə salınıb.

///Milli.Az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - Məbləğ
00:12 07.03.2026
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - Məbləğ
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
00:05 07.03.2026
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
23:55 06.03.2026
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
23:44 06.03.2026
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
23:42 06.03.2026
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
23:39 06.03.2026
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
23:24 06.03.2026
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
23:13 06.03.2026
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
23:02 06.03.2026
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
23:00 06.03.2026
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
22:58 06.03.2026
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
22:44 06.03.2026
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
22:39 06.03.2026
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib - FOTOLAR
22:29 06.03.2026
Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib - FOTOLAR
Prezident göstərdiyi həmrəyliyə görə ona minnətdarlığını bildirdi
22:16 06.03.2026
Prezident göstərdiyi həmrəyliyə görə ona minnətdarlığını bildirdi
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç İlham Əliyevə məktub ünvanlayıb
22:14 06.03.2026
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç İlham Əliyevə məktub ünvanlayıb