56 yaşlı kişi intihar etdi

56 yaşlı kişi intihar etdi
SOSİAL
11:26 31.01.2017
724

Quba rayonunda 56 yaşlı kişi intihar edib.

"Report"un Şimal bürosunun məlumatına görə, Quba şəhərinin 223-cü Atıcı Diviziyası küçəsində yerləşən fərdi yaşayış evində baş verib.

Belə ki, şəhər sakini, 1961-ci il təvəllüdlü Nazim Ağacan oğlu Allahverdiyev yaşadığı evdə asılmış vəziyyətdə tapılıb. Hadisə şahidləri dərhal Quba Rayon Polis Şöbəsinə (RPŞ) məlumat veriblər.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.


OXŞAR XƏBƏRLƏR