Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 3-ə olan USD/AZN məzənnəsini açıqlayıb.
AMB-dən verilən məlumata görə, USD/AZN məzənnəsi 1,9111 səviyyəsində müəyyən olunub. Bu isə dolların məzənnəsinin uzun müddətdən sonra ilk dəfə 0,46% ucuzlaşması deməkdir.
Qeyd edək ki, dolların məzənnəsində sonuncu dəfə rekord fevralın 1-də qeydə alınıb. Bu zaman USD/AZN məzənnəsi 1,9200 manat səviyyəsində müəyyən olunmuşdu.