Bakıda ər arvadını bıçaqladı

Bakıda ər arvadını bıçaqladı
SOSİAL
10:55 24.04.2017
772
Bakıda ər arvadını bıçaqlayıb.

Hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Bilgəh qəsəbəsində yerləşən yaşayış evlərinin birində yaşayan İmaməliyeva Dilarə Əbdülrəhman qızı əri (hələlik adı açıqlanmır) tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.

D.İmaməliyeva polisə ilkin ifadəsində yıxılaraq xəsarət aldığını bildirib. Aparılan araşdırma nəticəsindən məlum olub ki, o, əri tərəfindən bıçaqlanıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
 
///Report
OXŞAR XƏBƏRLƏR