"Sirena motors"un yeni açılmış sərgi-satış salonunda möhtəşəm Changan Cs 75 modelinin təqdimat mərasimi keçirilib
AZXEBER.COM-un məlumatına görə tədbiri aparıcı Elcan Rəsulov qonaqları salamlayaraq açıb. "Sirena Motors"un Çindən gələn səfiri şirkətin yeni məhsulu haqqında danışıb. Səfirin çıxışından sonra səhnəyə müğənni Rəhim Rəhimli çıxıb. Hər zaman olduğu kimi Rəhim gələn qonaqlara əsl səhnə performansı sərgiləyib.
Changan CS 75 ilk dəfə 2014-cü ildə Bakıda təqdim edilib. Yeni CS75 modeilin yüksək komplektasiya ilə təchiz olub. Avtomobilin əsas üstünlüyü 4 wd olmasıdır (4 çəkən).
Avtomobil arzusunda olanlar bu model maşını 5 illik lizinq şərtləri ilə, 5 ilə qədər zəmanətlə əldə edə bilərlər. Nağd alış zamanı isə alıcılara 5% endirim olunacaq.
Ətrafli məlumat üçün şəhər nömrələrindən və bütün mobil operatorlardan 1630 nömrəsinə zeng edərək melumat əldə etmek olar.






