Sabah Bakının bu hissəsində su olmayacaq

Sabah Bakının bu hissəsində su olmayacaq
SOSİAL
17:11 20.06.2017
952
Bakı şəhəri Nəsimi rayonu, Səməd Vurğun və Mərdanov qardaşları küçələrindən keçən magistral su kəmərlərinin köçürülməsi ilə əlaqədar 21 iyun 2017-ci il tarixində saat 09:00-dan 15:00-dək Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Yaranan narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.
OXŞAR XƏBƏRLƏR