Vakansiya: Marketinq şöbəsinin mütəxəssisi
VƏZİFƏLƏRİ:
• Marketinq, reklam və stimullaşdırma tədbirlərinin idarə olunması və həyata keçirilməsi; • Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi; • Alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması; • Yeni və mövcud məhsullar üzrə marketinq planlarının və layihələrinin işlənilməsi və həyata keçirilməsi; • Müştəri bazası, mövcud məhsul və xidmətlərin analiz prosesinin təşkilinə nəzarət edilməsi; • Reklamların sifarişinə, hazırlanmasına nəzarət edilməsi; • Məhsul və xidmətlərin reklam və inkişafı işinin təşkil edilməsi; • Bankın rəsmi saytının və sosial şəbəkələrdəki səhifələrinə məlumatların əlavə edilməsi və aktual vəziyyətdə saxlanılması; • Filiallarda olan marketinq və satış bölmələrinin fəaliyyətini mərkəzi olaraq koordinasiya edilməsi, aylıq satış hesabatlarının hazırlanmas və təhlili • Bankın sosial məsuliyyətli layihələrinin kordinasiya olunması;
TƏLƏBLƏR:
• Ali təhsil • Marketinq sahəsində 2 ildən az olmayan təcrübə (bank sahəsində təcrübəsi olanlara üstünlük veriləcək) • Analitik və kreativ düşünmə tərzi • Təqdim etmə bacarığı • Ünsiyyət qurmaq və danışıqlar aparmaq • Digital marketinq sahəsində geniş təcrübəyə malik olmaq • SMM sahəsində geniş təcrübəyə malik olmaq • MS Office-də işləmək bacarığı • Azərbaycan və rus dilində sərbəst danışmaq bacarığı (ingilis dilini bilənlərə üstünlük veriləcək) Əlaqə yaratmaq üçün email ünvanı [email protected]
Email göndərilərkən mövzu hissəsinə Marketinq şöbəsinin mütəxəssisi başlığı yazılmalıdır.
Son tarix: 31.08.2017