Avtomobildə jalüz və pərdələrə icazə başa çatır – DYP-dən xəbərdarlıq

Avtomobildə jalüz və pərdələrə icazə başa çatır – DYP-dən xəbərdarlıq
SOSİAL
17:30 27.10.2017
1096

Avtomobildə jalüz və pərdələrə icazə noyabr ayının 15-dən etibarən başa çatır.

AZXEBER.COM xəbər verir ki, bunu Fins.az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O bildirib ki, isti hava şəraitini nəzərə alaraq may ayının 1-dən noyabr ayının 15-dək istismar edilən nəqliyyat vasitələrinin arxa sağ və sol qapı şüşələrinə jalüzün və "ştorka”ların asılaraq idarə edilməsinə icazə verilir. Noyabr ayının 16-dan isə bu müddət başa çatır. Yəni, sürücülər buna diqqət etməzlərsə, cərimə ediləcəklər: "Qanunvericiliyə əsasən, verilən müddət bitəndən sonra tələblər pozulursa, təbii ki, inzibati xəta tərkibi yaranır. Bu halda yol polisi sürücüləri saxlayıb məsuliyyətə cəlb edə bilər”.

O əlavə edib ki, jalüz və "ştorka”larla bağlı hər hansı reyd təyin edilməyib, amma yol polisi xidmət apardığı ərazi üzrə belə avtomobil görərsə, dərhal saxlayacaq: "Bunun o qədər təbliğatı aparılıb ki, gündəmə gəlməsinə ehtiyac yoxdur. Sürücülər bu barədə yetərincə məlumatlıdır”.

V.Əsədov bildirib ki, hətta bununla bağlı tərtib edilən inzibati protokolların sayı 2,5 dəfə azalıb: "Məsələn, ötən il bu tələbləri pozan 1500 sürücü var idisə, bu il bu rəqəm 600 nəfərə düşüb. Yəni, artıq aparılan təbliğat və görülmüş tədbirlər sürücülər arasında yol hərəkəti qaydalarının düzgün yerinə yetirilməsinə meyilliliyi artırır”.

Qeyd edək ki, noyabr ayının 15-dən sonra jalüz və "ştorka”ların yığışdırılmaması halına görə 150 manat cərimə nəzərdə tutulub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp ABŞ-dəki iğtişaşlarla əlaqəli təşkilatların maliyyələşdirilməsini dayandırmağı tapşırıb
20:57 28.06.2025
Tramp ABŞ-dəki iğtişaşlarla əlaqəli təşkilatların maliyyələşdirilməsini dayandırmağı tapşırıb
Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynli - Danışdı
20:36 28.06.2025
Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynli - Danışdı
Güləşçilərimiz İtaliyada Avropa çempionu oldu
20:27 28.06.2025
Güləşçilərimiz İtaliyada Avropa çempionu oldu
Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan - Görüntüləri
20:01 28.06.2025
Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan - Görüntüləri
“Neftçi” milli komandanın üzvünü transfer edib
19:54 28.06.2025
“Neftçi” milli komandanın üzvünü transfer edib
Azərbaycan XİN Pakistana başsağlığı verib
19:38 28.06.2025
Azərbaycan XİN Pakistana başsağlığı verib
Rusiya XİN azərbaycanlılara qarşı zorakılığa münasibət bildirib
19:26 28.06.2025
Rusiya XİN azərbaycanlılara qarşı zorakılığa münasibət bildirib
Ombudsman Səbinə Əliyeva Rusiya ombudsmanına rəsmi məktub ünvanlayıb
19:15 28.06.2025
Ombudsman Səbinə Əliyeva Rusiya ombudsmanına rəsmi məktub ünvanlayıb
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək
18:53 28.06.2025
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək
Zelenski Trampla son görüşdən razı qaldığını açıqlayıb
18:41 28.06.2025
Zelenski Trampla son görüşdən razı qaldığını açıqlayıb
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
18:36 28.06.2025
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
17:49 28.06.2025
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
17:35 28.06.2025
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
17:21 28.06.2025
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
17:05 28.06.2025
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
16:49 28.06.2025
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb