Bu ərazilərdə su olmayacaq

Bu ərazilərdə su olmayacaq
SOSİAL
10:13 15.11.2017
832
Bakının Sabunçu rayonunun Yavər Əliyev küçəsindən keçən 1000 mm diametrli magistral su xəttinin qəzalı hissəsi dəyişdiriləcək.
 
"Azərsu" ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar noyabrın 15-i gün ərzində Bakıxanov və Sabunçu qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
 
Yaranan narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyib.
OXŞAR XƏBƏRLƏR