2018-ci ildə "Şahdəniz" qazının Avropaya çatdırılmasına başlanacaq

İQTİSADİYYAT
21:54 03.12.2017
1282
"BP Gürcüstan ərazisində "Cənub Qaz dəhlizi" üzrə tikinti işlərini başa çatdırıb".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri Report-a açıqlamasında BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə prezidenti Qəri Counz (Gary Jones) deyib.
 
Onun sözlərinə görə, "Cənub qaz dəhlizi" üzrə həyata keçirilən layihələr nəzərdə tutulmuş cədvəl üzrə müəyyən olunmuş büdcə çərçivəsində həyata keçirilir. Bu marşrut üzrə mexaniki işlər tam başa çatdırılıb. Boru kəməri demək olar ki, hazırdır.
 
"İnanıram ki, 2018-ci ilin ikinci yarısında "Şahdəniz" qazının Gürcüstandan keçməklə Avropaya çatdırılmasına başlaya biləcəyik", - deyə Q.Counz vurğulayıb.

OXŞAR XƏBƏRLƏR