Bakıdakı dəhşətli avtobus qəzasının - Təfərrüatı

Bakıdakı dəhşətli avtobus qəzasının - Təfərrüatı
SOSİAL
18:56 07.01.2018
4431

Dünən, yanvarın 6-da, Bakıda, Zığ şosesində 175 nömrəli marşrut avtobusunun dərəyə aşması nəticəsində yaralanan sərnişinlər xəstəxanadan evə buraxılıb. Hazırda 3 saylı şəhər xəstəxanasında yalnız 2 yaralı var. Bu barədə xəstəxanadan məlumat veriblər.

AZXEBER.COM xəbər verir ki, "Virtualaz.org” saytının əməkdaşı qəzanın baş verdiyi ərazidə olub, şahidlərlə söhbətləşib.

Yoldan keçənlər hələ də maşını saxlayaraq, qəzanın baş verdiyi ərazini gözdən keçirirlər. Hadisənin şahidləri deyirlər ki, qəza nəticəsində ölüm halının olmaması möcüzədir.


Özünü 175 saylı marşrutun başqa bir avtobusunun sürücüsü kimi təqdim edən şəxs deyib ki, qəza baş vermədən bir neçə dəqiqə əvvəl avtobusda sükanın dartma mexanizmi ("tyaqası”) sıradan çıxıb. Sürət yüksək olduğundan sürücü idarəetməni itirib, yol kənarına çırpılıb. Yol kənarını bir neçə metr dağıdaraq irəliləyib və aşıb.

Şahidlərin sözlərinə görə, avtobusda olan azyaşlı sərnişin pəncərədən yıxılıb. Daha iki sərnişin isə bir neçə mert aralıya düşüb. Sərnişinlərin bir neçəsinin ayaqqabısı, papağı hələ də hadisə yerindədir. Şahidlər söyləyirlər ki, avtobus yüksək təzyiqli qaz xəsttinə dəyərək dayanıb. Xoşbəxtlikdən qaz borusu partlamayıb.

Sərnişinlərdən biri isə söyləyib ki, hadisə baş verərkən sürücü telefonla danışırmış. Qəza baş verərkən o, özünü itirib, avtobusu saxlaya bilməyib. "Hövsan-Zığ istiqamətində hərəkət edən avtobuslar köhnədir, istismar müddətini başa vurub. Amma sürücülər sürət həddini, manevr qaydalarını gözləmirlər. Yolda telefonla danışırlar, ötüşürlər”, - sərnişin söyləyib.

Hər gün bu marşrutdan istifadə edən sərnişinlərin bildirdiklərinə görə, sürücülər manevr qaydalarının kobud şəkildə pozulması kimi ciddi yol hərəkəti qayda pozuntularına yol verirlər. "Dəfələrlə irad bildirilməsinə baxmayaraq, məhəl qoyulmur. Hətta narazı sərnişinlərlə kobud rəftar edilir. Bu qəzadan da əvvəl sərnişinlərdən biri sürücünün yolda telefonla danışmasına irad bildirib. Sürücü isə deyib ki, bəyənmirsə, taksi ilə getsin. Nəticədə, qəza baş verib”.

Qeyd edək ki, qəza zamanı avtobusda 20-ə yaxın sərnişin olub. Onlardan 12-si hadisə nəticəsində xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Maskatda Vaşinqton və Tehran arasında danışıqların növbəti raundu başlayıb
17:17 11.05.2025
Maskatda Vaşinqton və Tehran arasında danışıqların növbəti raundu başlayıb
Ərdoğan və Putin arasında telefon danışığı olub
16:57 11.05.2025
Ərdoğan və Putin arasında telefon danışığı olub
Papa XIV Leodan dünya liderlərinə ÇAĞIRIŞ
16:36 11.05.2025
Papa XIV Leodan dünya liderlərinə ÇAĞIRIŞ
"Haber Global": Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək
16:24 11.05.2025
"Haber Global": Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək
Parapauerliftinqçimiz Dünya Kubokunda 2 qızıl medal qazanıb
15:55 11.05.2025
Parapauerliftinqçimiz Dünya Kubokunda 2 qızıl medal qazanıb
"Qarabağ" klubu dünya reytinqində 10 pillə irəliləyib
15:53 11.05.2025
"Qarabağ" klubu dünya reytinqində 10 pillə irəliləyib
Ağdam, Əsgəran, Xocalı və Xankəndi arasında dairəvi elektrik təchizatı sxemi yaradılacaq
15:37 11.05.2025
Ağdam, Əsgəran, Xocalı və Xankəndi arasında dairəvi elektrik təchizatı sxemi yaradılacaq
Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksində 55 nəfər işlə təmin edilib
15:12 11.05.2025
Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksində 55 nəfər işlə təmin edilib
Ərdoğan: Ukraynada müharibənin sona çatması yolunda tarixi dönüş əldə edilib
14:57 11.05.2025
Ərdoğan: Ukraynada müharibənin sona çatması yolunda tarixi dönüş əldə edilib
DSX: "Xudafərin" körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
14:38 11.05.2025
DSX: "Xudafərin" körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək
14:20 11.05.2025
Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək
Naxçıvanın ədliyyə orqanlarına qəbul imtahanı keçirilib
14:05 11.05.2025
Naxçıvanın ədliyyə orqanlarına qəbul imtahanı keçirilib
Türkiyədə “Azərbaycan Kino Günləri” keçiriləcək
13:43 11.05.2025
Türkiyədə “Azərbaycan Kino Günləri” keçiriləcək
Ağdamın Kəngərli kəndində 632 ev tikiləcək
13:27 11.05.2025
Ağdamın Kəngərli kəndində 632 ev tikiləcək
Ağdamın Kəngərli kənd orta məktəbində 484 şagird təhsil alacaq
13:07 11.05.2025
Ağdamın Kəngərli kənd orta məktəbində 484 şagird təhsil alacaq
Leysan, dolu, sulu qar... - Sabahın havası
12:42 11.05.2025
Leysan, dolu, sulu qar... - Sabahın havası