Azərbaycan millisinin heyəti açıqlandı

Azərbaycan millisinin heyəti açıqlandı
İDMAN
14:09 26.01.2018
1960
Milli komandamızın heyəti açıqlanıb.

AZXEBER.COM-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, yığmamızın yeni baş məşqçisi Qurban Qurbanov 24 futbolçuya dəvət göndərib.

Qeyd edək ki, millimiz yanvarın 27-dən 31-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq. Bu müddət rəzində komandamızın Moldova və Makedoniya ilə yoldaşlıq oyunu nəzərdə tutulub.

Qapıçılar: Kamran Ağayev ("Keşlə”), Şahrudin Məhəmmədəliyev ("Qarabağ”), Rəşad Əzizli ("Neftçi”)

Müdafiəçilər: Maksim Medvedev, Elvin Yunuszadə, Abbas Hüseynov (hamısı "Qarabağ”), Ruslan Abışov, Məhəmməd Mirzəbəyov, Anton Krivotsyuk (hamısı "Neftçi”), Təmkin Xəlilzadə ("Qəbələ”), Pavel Paşayev ("Aleksandriya”)

Yarımmüdafiəçilər: Qara Qarayev, Əfran İsmayılov, Rahid Əmirquliyev, Coşqun Diniyev, Riçard Almeyda (hamısı "Qarabağ”), Rəhman Hacıyev, Emin Mahmudov (hər ikisi "Neftçi”), Cavid Hüseynov ("Qəbələ”), Bəhlul Mustafazadə ("Sumqayıt”), Cavid İmamverdiyev("Sumqayıt”)

Hücumçukar: Mahir Mədətov, Ramil Şeydayev (hər ikisi "Qarabağ”), Ruslan Qurbanov ("Qəbələ”).

OXŞAR XƏBƏRLƏR