"Neftçi"nin prezidenti istefa verdi

"Neftçi"nin prezidenti istefa verdi
İDMAN
12:34 16.02.2018
1659
"Neftçi”nin prezidenti Orxan Hüseynzadə şəxsi istəyi ilə tutduğu vəzifədən istefa verib. 

AZXEBER.COM klubun rəsmi saytına istinadən xəbər verir ki, O.Hüseynzadə bu gün istefa ərizəsi ilə klubun təsisçisinə müraciət edib. O.Hüseynzadənin istefası qəbul olunub.

"Neftçi” klubu ona gələcək fəaliyyətində uğurlar arzulayır.

Qeyd edək ki, Orxan Hüseynzadə həm də AFFA Klublar Komitəsinin sədridir. 

OXŞAR XƏBƏRLƏR