İlham Əliyev Putinə başsağlığı verdi

İlham Əliyev Putinə başsağlığı verdi
DÜNYA
10:31 07.03.2018
1760
Prezident İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə Suriyada Rusiyaya məxsus hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
 
AZXEBER.COM-un AZƏRTAC-a istinadən xəbərinə görə, başsağlığında deyilir:
 
"Hörmətli Vladimir Vladimiroviç.
 
Rusiyanın "An-26” hərbi-nəqliyyat təyyarəsinin Suriyada qəzaya uğraması nəticəsində insan tələfatı barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.
 
Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm".
OXŞAR XƏBƏRLƏR