Bakıda yol çökdü

Bakıda yol çökdü
SOSİAL
17:44 01.05.2018
6916
Bakının Nəsimi rayonunun Həsən Əliyev küçəsindəki avtomobil yolunda çökmə baş verib.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, hazırda həmin istiqamətdə yol bağlanılıb. 

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin Baş Dövlət Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli "Report"a bildirib ki, qurumun əməkdaşları da hadisə yerinə göndərilib: "Məsələ ilə bağlı məlumat veriləcək". 
OXŞAR XƏBƏRLƏR