Xırdalanda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi

Xırdalanda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi
SOSİAL
21:52 20.05.2018
6121
Abşeron rayonu, Xırdalan şəhərində altımərtəbəli yaşayış binasında yanğın olub.

AZXEBER.COM FHN-in saytına istinadən xəbər verir ki, binanın 2-ci mərtəbəsinin dəhlizində quraşdırılmış 36 ədəd elektrik sayğac və 2 p.m elektrik kabeli yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 20 nəfər bina sakini təxliyyə olunub. Sayğacların qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
OXŞAR XƏBƏRLƏR