Sürücülərin nəzərinə - Bu yolda hərəkət məhdudlaşdırılır

Sürücülərin nəzərinə - Bu yolda hərəkət məhdudlaşdırılır
SOSİAL
10:53 17.07.2018
3450
Paytaxtın Ziya Bünyadov prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZXEBER.COM-a verilən məlumata görə, iyulun 17-dən 18-nə keçən gecə Ziya Bünyadov prospektinin Böyük Şor yolu ilə kəsişməsindən sonra (Baku Steel Company-nin qarşısı) yerləşən avtomobil tunelində sıradan çıxmış işıqlandırma sisteminin yenilənməsi işləri aparılacaq.

Bu məqsədlə tunelin "Koroğlu" metro stansiyası istiqamətində olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti gecə saat 01:00-dan 04:00-a kimi məhdudlaşdırılaraq yan yollara yönəldiləcək.

Yaranan müvəqqəti narahatlığa görə Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.
OXŞAR XƏBƏRLƏR