Lənkəran sakini dənizdə boğulub.
AZXEBER.COM Report-a istinadən xəbər verir ki, hadisə Xəzər dənizinin Lənkəran şəhər sahilində qeydə alınıb.
Belə ki, Lənkəran şəhər sakini, 1959-ci il təvəllüdlü Mirnizam Mirhəsən oğlu Ağayev dənizdə böğularkən ətrafdakılar Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə məlumat veriblər.
Xidmətin dalğıc-axtarış qrupu onun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.