Faiq Ağayev: "Sosial şəbəkədə yazdığım status təhrif olunub" - AÇIQLAMA

Faiq Ağayev: "Sosial şəbəkədə yazdığım status təhrif olunub" - AÇIQLAMA
MAQAZİN
16:55 10.08.2018
7233

Xalq artisti Faiq Ağayevin sosial şəbəkədə yazdığı status birmənalı qarşılanmayıb.

AZXEBER.COM xəbər verir ki, ifaçı Hiroşima və Naqasaki faciələrinin ildönümü münasibətilə geniş status yazıb.

Statusdan sitat: "Bu gün bəşəriyyətin ən miqyaslı, ən ağır, ən dəhşətli hərbi cinayətinin 73 ili tamam olur. 1945 ildə ABŞ-ın hərbi qüvvələri Yaponiyaynın Hiroşima və Naqasaki şəhərlərini amansızcasına yerlə yeksan etdi. Bu, bəşər tarixində nüvə silahının hərbi məqsədlə tətbiq olunduğunun ilk və yeganə nümunəsidir. Nəticədə, "Bala" və "Gonbul" adlı nüvə bombaları bir anın içində yüz minlərcə (!!!) adamın həyatına müdhiş, faciəvi son qoydu”.

Xalq artisti daha sonra faciənin nəticələri haqda fikir bildirib. O bildirib ki, dünyada heç bir müharibə və savaş əbədi deyil: 

"Zaman keçdi. İndi amerikalılarla yaponlar əməkdaşlıq, müttəfiqlik və hətta dostluq münasibətlərindədir. Eyni hal II Dünya müharibəsində milyonlarla insan itkisi vermiş SSRİ və Almaniya xalqları arasında da baş verdi. Yəni heç kim, heç bir millət, ya dövlət rəqibi ilə əbədi düşmənçilik içində yaşamır.

İfaçı daha sonra deyib ki, Azərbaycanın da torpaqları işğaldan azad ediləndən sonra qonşu dövlətlə münasibətləri bərpa etmək mümkündür:  

"Əslində, söhbəti özümüzə şamil etmək fikrindəyəm. Gün gələcək və nə vaxtsa (əlbət ki, dərhal yox) biz də XX əsrin sonundan bu günə kimi Azərbaycanın əzəli ərazisi - Qarabağı işğal altında saxlayan ermənilərlə ünsiyyətimizi bərpa edib, dövlətlərarası və insani əlaqələrimizi yenidən quracağıq. Lakin uduzmuş, haqqı tapdalanmış, ərazi bütövlüyünü təmin etməmiş Azərbaycan kimi yox. Bu yalnız və yalnız Vətənimizin qəsb edilmiş hər bir qarış torpağı düşmən tapdağından tam azad olmasından sonra baş verə bilər"

Xalq artistinin bu fikirləri bəzi saytlar və səhifələr tərəfindən təhrif edilmiş formada yayımlanıb. Belə ki, onun sözləri konteksdən çıxarılaraq paylaşılıb. 

Bu haqda AZXEBER.COM-a açıqlama verən Faiq Ağayev deyib ki, bəzi şəxslər onun fikrini təhrif edib və bu sosial şəbəkələrdə birmənalı qarşılanmayıb: "Mən çox təəsüf edirəm ki, bəzi saytlar ucuz şou ardınca qaçır, bəzi şəxslər də təəsüf ki, başlığı oxuyub, fikir bildirirlər. Çox az adam xəbərin içi ilə tanış olur, bu düzgün hal deyil. Mən sizin vasitənizlə bir daha qeyd edirəm ki, statusda bildirdiyim fikir bundan ibarətdir ki, ərazi bütövlüyümüz, əsirlərimizin azadlığa buraxılması, azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıdıb, təhlükəsiz yaşamı təmin olunmayınca, heç bir münasibət bərpasından söhbət gedə bilməz. Biz sadəcə olaraq öz haqqımızı dünyadan tələb edirik, heç kimin torpağında da gözümüz yoxdur. İşğalçı ölkə öz niyyətindən əl çəksə, Azərbaycana qarşı işğal siyasətini durdursa və səhvini anlasa, hər hansısa barışıqdan söz gedə bilər". 

Xalqa artisti bir daha qeyd edib ki, o yalnız Azərbaycan haqları tanınandan sonra münasibət qurulmasının tərəfdarıdır: "Gəncənin giriş qapıları Gürcüstandadır, hərbi trofey kimi. Bəyəm Gürcüstanla dostluq etmirik? Bunlar tarixi faktdır. Biz humanist və sülhsevər xalqıq. Sadəcə dediyim odur ki, biz yalnız öz haqqımızı müdafiə etməliyik, bir daha qeyd edirəm ki, bizim heç kimin torpağında gözümüz yoxdur".


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Bəzi ictimai birliklər bu sektora zərər verir" - Bəhruz Məmmədzadə
15:25 12.09.2025
"Bəzi ictimai birliklər bu sektora zərər verir" - Bəhruz Məmmədzadə
"Paşinyan çalışır ki, kilsəni siyasətdən uzaqlaşdırmaqla bu problemi birdəfəlik həll etsin"
15:13 12.09.2025
"Paşinyan çalışır ki, kilsəni siyasətdən uzaqlaşdırmaqla bu problemi birdəfəlik həll etsin"
Metroda qiymətlər artacaq? - Metropoliten rəsmisindən açıqlama
14:55 12.09.2025
Metroda qiymətlər artacaq? - Metropoliten rəsmisindən açıqlama
"Hamilə ola-ola məni boşadı" - Əməkdar artist
14:48 12.09.2025
"Hamilə ola-ola məni boşadı" - Əməkdar artist
Polis 35 min manatlıq dələduzluq edən şəxsləri saxlayıb
14:31 12.09.2025
Polis 35 min manatlıq dələduzluq edən şəxsləri saxlayıb
Kreml: Rusiya və Ukrayna arasında danışıqlar dayandırılıb
14:30 12.09.2025
Kreml: Rusiya və Ukrayna arasında danışıqlar dayandırılıb
“Albaniya kimdir ki, belə addım atsın” - Misir Mərdanov süni intellektin nazir təyin olunması haqda danışdı
14:10 12.09.2025
“Albaniya kimdir ki, belə addım atsın” - Misir Mərdanov süni intellektin nazir təyin olunması haqda danışdı
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
13:52 12.09.2025
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
Zaur Nəbioğlunun verilişi bağlanıb? - AÇIQLAMA
13:33 12.09.2025
Zaur Nəbioğlunun verilişi bağlanıb? - AÇIQLAMA
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
13:20 12.09.2025
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”