Məlahət Abbasova Türkiyənin ən çox izlənilən serialında rol alacaq - FOTOLAR

MAQAZİN
16:34 25.08.2020
4136
Türkiyədə yaşayan azərbaycanlı aktirsa, əməkdar incəsənət xadimi Məlahət Abbasova yeni seriala çəkilir.
 
Bu haqda AZXEBER.COM-a aktrisa özü məlumat verib.
 
Məlahət Abbasov deyib ki, rol alacağı "Yemin" serialı Türkiyənin ən çox izlənilən seriallarındandır: "2 ildir ki, Kanal-7-də izlənən və reytinq sıralamasında da ilk 10-luğa girən, ssenarisini Nazmiyə Yılmazın yazdığı "Yemin" adlı seriala keçən ildən təklif almışdım. Amma teatrda və Bakıdakı verilişimə görə qəbul edə bilməmişdim. Verilişimdən ötrü mən 3 ilə yaxın idi ki, seriallardan və filmlərdən gələn təklifi qəbul etmirdim. Çünki həm teatrdakı işımi, Bakıdakı verilişi, həm də serialı çatdıra bilməzdim. Mənim üçün "iki dövlət, tək millət" adına mənəvi dəyəri çox yüksək olan verilişim daha üstün idi. Bu il təkrar kanalın rəhbərliyi tərəfindən filmə təklif aldım və qəbul etdim".
 
Məlahət Abbasova serialda canlandırıcığı rol haqda da danışıb:
 
Serialda qayğıkeş, mehriban, amma həyatın çox böyük çətinliklərindən keçen "Münəvvər" rolunda oynayacam. "Münəvvər" rolu serialın mühüm rollarından biridir. Çox gözəl heyətimiz var. Bilirsiniz ki, serialda Azərbaycanlı gözəl aktrisamız Yağmur Şahbazova da baş rollardan birini oynayır. Yeni sezonda tamaşaçıları süprizlər gözləyir. Serial Cənubi Amerika, Ərəb Ölkələri ve Avropaya satılıb. Çox böyük fanat kütləsi var. Bütün "Kanal-7" ailəsinə təşəkkür edirəm".
 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR