"Sumqayıt"ın baş məşqçisi Filipe Kandido: "Nəticə ilə barışmalıyıq"

"Sumqayıt"ın baş məşqçisi Filipe Kandido: "Nəticə ilə barışmalıyıq"
İDMAN
22:21 02.11.2026
158
"Sumqayıt" "Şəfa"ya qarşı matçda əldə olunan heç-heçə ilə barışmalıdır.

AZXEBER.COM xəbər verir ki, bunu "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Filipe Kandido Misli Premyer Liqasının X turunda "Şəfa" ilə oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, bərabərə qaldıqları qarşılaşmanı şərh edib:

"Nəticə ilə barışmalıyıq. Bilirdik ki, çətin oyun olacaq. Bu gün yaxşı oynamadıq. İlk 10-15 dəqiqədə yaxşı idik. Lakin bundan sonra çoxlu top itkilərinə yol verdik. Bu isə rəqib üçün üstünlük oldu. Onlar ilk yarını öndə bitirməyə layiq idilər. İkinci hissədə bəzi şeyləri dəyişməyə çalışdıq. Düşünürəm ki, bunu bacardıq. Bərabərlik qolunu da vurduq. Bir neçə qol epizodumuz var idi. Bəzi məqamlarda bəxt yanımızda olmadı. Təbii ki, heç-heçə istədiyimiz nəticə deyildi. Amma bununla barışmalıyıq".

Qeyd edək ki, "Sumqayıt" - "Şəfa" görüşü 1:1 hesabı ilə başa çatıb.
OXŞAR XƏBƏRLƏR