Rusiyanın Zaporojye vilayətinə zərbəsi olub: ölənləri sayı artdı

Rusiyanın Zaporojye vilayətinə zərbəsi olub: ölənləri sayı artdı
DÜNYA
22:12 02.11.2026
181
Rusiyanın Ukraynanın Zaporojye rayonunun Kamışevaxa qəsəbəsindəki təhsil müəssisəsinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.

AZXEBER.COM xəbər verir ki, aviasiya bombası atılan ərazilərdə axtarış-xilasetmə işləri davam etdirilir.

22:04
 
Rusiya ordusu Ukraynanın Zaporojye vilayətinin Kamışevaxa qəsəbəsinə zərbə endirib, nəticədə 18 nəfər ölüb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin "Telegram" kanalında dərc olunmuş məlumatında bildirilib.

"Bu səhər qəsəbəyə artıq bir neçə aviasiya bombası ilə zərbə endirilib. Zərbələrdən biri insanlara humanitar yardımın paylandığı məktəbə düşüb. İlk zərbədən sonra daha doqquz bomba ilə təkrar hücum edilib və məhz insanların olduğu sığınacağa. Hazırda, təəssüf ki, 18 nəfərin həlak olduğu, beş nəfərin yaralandığı məlumdur", - Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə zərbəni şərh edib.

Onun sözlərinə görə, bombardman yerlərində axtarış-xilasetmə əməliyyatı davam edir. İşlərə hərbçilər, xilasedicilər, xüsusi xidmət qüvvələri cəlb olunub.

Ukrayna lideri vurğulayıb ki, bu cür addımlar Moskvanın münaqişənin deeskalasiyası yolu ilə getmək istəmədiyindən xəbər verir.
OXŞAR XƏBƏRLƏR