xari

Tünzalə Ağayeva TƏBİB-ə müraciət etdi: "Gəlirimiz yox dərəcəsindədir"

MAQAZİN
01:38 23.01.2021
4385
Azərbaycanın xalq artisti Tünzalə Ağayeva TƏBİB-ə açıq müraciət edib.

AZXEBER.COM xalq artistinin sosial media vasitəsi ilə etdiyi müraciəti təqdim edir: 

"Hörmətli TƏBİB bütün pandemiya boyu bütün qaydalara riayət edən və "evdəqal" kampaniyasının təbliğatçılarından olan Xalq artisti kimi sizə müraciət edirəm. 

Qonşu Türkiyə və Rusiya kimi ölkələrin sənətçilərinin pandemiya dövründə bəlli çərçivədə də olsa, fəaliyyətlərini görürük. Nə vaxta qədər bizdə Mədəniyyət, İncəsənət sahəsinə qarşı qadağalar davam edəcək?! 

Nəzərinizə çatdırım ki, təəssüf ki, əksər Azərbaycan musiqiçilərinin, eləcə də mənim müəllif
hüquqlarımızın qorunması və hər hansı bir gəlir əldə edilməsi mövzusu yox dərəcəsindədir.

Belə reallıqda, maddi gəlir  və  alternativ fəaliyyət şəraiti olmayan vəziyyətdə imkan yaradın ki, biz də digər təcrübədə olduğu kimi , bəlli sayda auditoriyalı konsertlər, tədbirlər edə bilək. Bilirsiniz ki , bu təqdirdə minlərlə insan ağır vəziyyətdən çıxa bilər. Minlərlə musiqiçi sadəcə gündəlik qazancla yaşayır, onlardan artıq dünyasını dəyişənlər də oldu çox yazıq, digərləri də param-parça vəziyyətdədirlər. 

Musiqi mədəniyyəti çox qiymətli sənətçiləri itirə -itirə gedir. Əksər insanlar tərəfindən Azərbaycan tanınmışları haqqında olduqca yanlış bir təsəvvür var. 

Baxın başqa ölkələrdə musiqiçi , artist kimi məşhurlaşmaq, bəli,  çox yaxşı qazanmaq deməkdir - albom, konsert satışı, internetdə rəqəmsal ticarət, müəllif hüquqlarından gələn gəlir  həmin məşhurların qazancıdır. Bizim reallıqda sadaladıqlarımın heç biri işləmir, bunun obyektiv və subyektiv səbəbləri  var və  alternativ fəaliyyət imkanları  da yoxdur. 

Bizdə məşhur musiqiçi və artist olmaq iş adamı demək deyil - o Allahın verdiyi səs telləri , istedadı,   sadəcə sənət bacarığı sayəsində fəaliyyət göstərir və 1 ildir tamamən 100% durğunluq içindədir. Bu vəziyyət musiqi Mədəniyyətinə töhvələr verə bilən istedadlı, peşəkarların itkisinə aparır.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:30 03.03.2021

Peyvənd olunmayan müəllimlər cəzalandırılacaqmı? - AÇIQLAMA

17:53 03.03.2021

İlham Əliyev: "Biz ümid edirik ki, Pakistan ölkəmizin ərazisindən keçən nəqliyyat marşrutlarına qoşulacaq"

17:45 03.03.2021

Qəbələdə 63 yaşlı kişi intihar etdi

17:44 03.03.2021

İran tərəfdarı olan qruplaşma İraqda ABŞ hərbi bazasına 13 raket atıb

17:42 03.03.2021

Ankarada Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

17:38 03.03.2021

“TikTok”un bənzərinin sınaqları başladı

17:32 03.03.2021

Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş sərgi açılıb - FOTO

17:23 03.03.2021

Tanınmış rus şərhçisi vəfat etdi

17:19 03.03.2021

İşğaldan azad edilmiş ərazilər üzrə Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib - FOTO

17:13 03.03.2021

"Qarabağın bərpası üçün 1 milyard manat artıq paylanıb" - Millət vəkili hökumətin planlarını açıqladı

17:11 03.03.2021

Füzulidə əməliyyat keçirildi: çox sayda saxlanılan var

17:06 03.03.2021

İrəvanda gərginlik ən pik həddə: Snayperlər gətirildi

17:06 03.03.2021

Füzulidə əməliyyat keçirildi: çox sayda saxlanılan var

17:03 03.03.2021

“Muğan Bank”ın zərəri getdikcə böyüyür - CƏDVƏL

16:58 03.03.2021

Qarabağ ermənisinin pasportunda doğum yeri Azərbaycan yazıldı

16:49 03.03.2021

İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrini qəbul edib