21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasında yeni məşqçi təyinatı olub.
AFFA-dan AZXEBER.COM-a verilən məlumata görə, Borçe Xristov U-21-də köməkçi-məşqçi vəzifəsini yerinə yetirəcək.
Borçe Xristov daha öncə "Bakı” və "Qarabağ” klublarında baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.