Bakının bu rayonunda su kəsiləcək

Bakının bu rayonunda su kəsiləcək
SOSİAL
10:48 18.10.2018
2187
Yasamal rayonunda suyun verilməsi məhdudlaşdırılacaq.

"Azərsu" ASC-dən AZXEBER.COM-a verilən məlumata görə, Yasamal rayonu ərazisindən keçən magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar 18 oktyabr 2018-ci il tarixində gün ərzində Yeni Yasamal yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.
OXŞAR XƏBƏRLƏR