Ramil Usubovdan Baş Polis İdarəsinə TƏYİNAT

Ramil Usubovdan Baş Polis İdarəsinə TƏYİNAT
SOSİAL
11:25 19.10.2018
6522
Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov işdən çıxarılıb.

"Report”un məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Q.Rəhimov yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilib.

Nazirin digər əmri ilə BŞBPİ-nin Mətbuat xidmətinin rəhbəri vəzifəsinə Elşad Hacıyev təyin edilib.

E.Hacıyev bu təyinata qədər BŞBPİ Mətbuat xidmətinin əməkdaşı olub.
OXŞAR XƏBƏRLƏR