Putin Türkiyəyə gedir

Putin Türkiyəyə gedir
DÜNYA
19:41 12.11.2018
3562

Rusiya prezidenti Vladimir Putin "Türk axını” təbii qaz boru xətti layihəsinin dənizdən keçən hissəsinin tamamlanması münasibətilə keçiriləcək mərasimdə iştirak edəcək.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri Yuri Uşakov deyib.

O, bildirib ki, mərasim noyabrın 19-da İstanbulda keçiriləcək və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bu tədbirə qatılacaq.

"Türk axını” layihəsi Qara dənizdən Türkiyənin Avropa hissəsinə, oradan isə Yunanıstanla sərhədədək uzanan qaz boru xəttinin tikintisini nəzərdə tutur. Layihənin dənizdən keçən hissəsinin uzunluğu 930 kilometr, qurudan keçən hissəsinin uzunluğu isə 180 kilometrdir.

OXŞAR XƏBƏRLƏR