İlham Əliyev Donald Trampa başsağlığı verib

İlham Əliyev Donald Trampa başsağlığı verib
SİYASƏT
16:19 01.12.2018
3259
Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa başsağlığı verib.

AZXEBER.COM AZƏRTAC-a istinadən bildirir ki, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident, Amerika Birləşmiş Ştatlarının 41-ci Prezidenti, görkəmli dövlət xadimi Corc Herbert Uoker Buşun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Dövlətimizin başçısı Amerika Birləşmiş Ştatlarının 43-cü Prezidenti Corc Uoker Buşa da başsağlığı verib.

AZXEBER.COM AZƏRTAC-a istinadən bildirir ki, başsağlığında bildirilir:

"Zati-aliləri, atanız - Amerika Birləşmiş Ştatlarının 41-ci Prezidenti, görkəmli dövlət xadimi Corc Herbert Uoker Buşun vəfatı xəbərindən son dərəcə kədərləndim.

Bu ağır anlarda dərdinizi bölüşür, əvəzsiz itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm".
OXŞAR XƏBƏRLƏR