“Biz də sifarişli işlərdə bunlardan istifadə edirdik” - MTN polkovniki

“Biz də sifarişli işlərdə bunlardan istifadə edirdik” - MTN polkovniki
SOSİAL
15:08 07.12.2018
2903
Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan MTN generalları Sübahir Qurbanov və Teymur Quliyevin, onların əməkdaşları polkovnik Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev və Elşad Əzizovun apellyasiya şikayətləri üzrə məhkəmə keçirilib.

AZXEBER.COM "Qafqazinfo"ya istinadən xəbər verir ki, hakim Sahibxan Mirzəyevin icraatında olan prosesdə Füzuli Əliyev ifadə verib.

O deyib ki, bu iş üzrə zərərçəkmiş kimi tanınan şəxslərin hamısı həqiqətən də cinayətkardırlar: "Acından ölən, hamıya borcu olanları sahibkar kimi təqdim eləyiblər. Onlar ya dövlət büdcəsini talamaqla məşğul olublar, ya da qaçaqmalçılıqla qızıl-brilyant, telefon gətiriblər. Aralarında dələduzluqla məşğul olan, ermənilərlə işbirliyində şübhəli bilinən bir neçə nəfər də vardı. Zərərçəkmiş kimi tanınanların əksəriyyəti məhkum olunub, bir hissəsi indi də həbsdədir. Bizdən sonra həbs olunanlar da var. Biz qanuni sahibkarlıqla məşğul olan heç kimin maraqlarına toxunmamışıq.

2014-cü ildə bizə tapşırıq verildi ki, ölkədə "obnaliçka”nın (büdcə vəsaitlərinin formal şirkətlər vasitəsilə nəğdləşdirilib ələ keçirilməsi) qarşısı alınsın. Bu prosesin arxasında da böyük qüvvələr dayanırdı. Bir tərəfdə qüdrətli dövlət təşkilatları, o biri tərəfdə qüdrətli sahibkarlar. Zəif həlqə ortadakı vasitəçi maklerlər idi.

Gəmi təmiri ilə məşğul olan "Techmarine LTD” MMC-nin təsisçisi Arif Həsənov "əməkdar zərərçəkmiş”dir. O, Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı Şahin Sultanovun üzünə durdu, prokurorluğun bir müstəntiqini işdən çıxartdırdı. Belələrinin sözü ilə dövlətinə, xalqına xidmət eləmiş zabiti şərləmək... Nə bilim vallah. Biz özümüz də sifarişli işlərdə sübut bazası yaratmaq üçün əlimizdə olan mənasız adamlardan, Arif Həsənov kimilərdən istifadə edirdik, bizə qarşı da elə elədilər”.

Digər zərərçəkən Rauf Həsənov ifadəsində deyib ki, bizə əməliyyat tapşırığı verilib və biz adamı tutub gətirib müstəntiqə təhvil vermişik. Zorla bu epizodu da bizim üstümüzə yükləyiblər. Allah göydən baxır axı”.

İttihama görə, R.Həsənovdan MTN-də 300 min manat alınıb.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Sübahir Qurbanov 14 il, Teymur Quliyev 12 il, polkovnik Füzuli Əliyev 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

General Natəvan Mirvətovaya 5 il sınaq müddəti olmaqla şərti cəza verilib. İstintaq zamanı azadlıqda olan qadın general sərbəst qalıb. General bu hökmdən apellyasiya şikayəti verməyib.

Fərhad Atayev və Elşad Əzizova 3 il sınaq müddəti olmaqla şərti cəza verilib və onlar istintaq zamanı həbsdə olduqları üçün məhkəmə zalından azadlığa buraxılıblar.

Anar Şirəliyev və Eşqin Əliyev apellyasiya məhkəməsi gedişatında cəza müddəti başa çatdığı üçün azadlığa buraxılıblar.

Təqsirləndirilən şəxslərin hərbi rütbələrindən azad olunmaları üçün müvafiq qurumlara təqdimat verilib.








 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bəzi bürcləri sürpriz günlər gözləyir
23:26 11.07.2026
Bəzi bürcləri sürpriz günlər gözləyir
Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO
23:13 11.07.2026
Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO
Mingəçevir su anbarında üç gündə ikinci bədbəxt hadisə: 24 yaşlı oğlan həyatını itirdi
22:55 11.07.2026
Mingəçevir su anbarında üç gündə ikinci bədbəxt hadisə: 24 yaşlı oğlan həyatını itirdi
Ana-bala birlikdə məzun oldu - Foto
22:39 11.07.2026
Ana-bala birlikdə məzun oldu - Foto
"Son 80 ildə Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq Qələbə qazanmayıb"
22:24 11.07.2026
"Son 80 ildə Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq Qələbə qazanmayıb"
İki yaşdan kiçik uşaqlara şokolad vermək olar?
22:12 11.07.2026
İki yaşdan kiçik uşaqlara şokolad vermək olar?
Deputatlar məzuniyyətə çıxır: Quba, Qarabağ, Lerik... - Kim hara gedəcək?
21:52 11.07.2026
Deputatlar məzuniyyətə çıxır: Quba, Qarabağ, Lerik... - Kim hara gedəcək?
İş axtaran 50 yaşdan yuxarı şəxslərə şad xəbər: məhdudiyyət aradan qalxır?
21:41 11.07.2026
İş axtaran 50 yaşdan yuxarı şəxslərə şad xəbər: məhdudiyyət aradan qalxır?
Yaxın Şərqdə GƏRGİNLİK: İsrail Livana zərbələr endirdi
21:25 11.07.2026
Yaxın Şərqdə GƏRGİNLİK: İsrail Livana zərbələr endirdi
Bakıda işçi müdirini qətlə yetirib, meyitini gölə atdı
21:08 11.07.2026
Bakıda işçi müdirini qətlə yetirib, meyitini gölə atdı
Quzeyxırman və Güneyxırman sakinləri ilə görüşə dair paylaşım - Video
20:56 11.07.2026
Quzeyxırman və Güneyxırman sakinləri ilə görüşə dair paylaşım - Video
Qaradağda ağır qəza - Ölən və yaralananlar var - Fotolar
20:35 11.07.2026
Qaradağda ağır qəza - Ölən və yaralananlar var - Fotolar
32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi - Foto
20:25 11.07.2026
32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi - Foto
Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
20:20 11.07.2026
Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
"Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir"
20:18 11.07.2026
"Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir"
İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
20:17 11.07.2026
İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır