Prezidentdən icra başçısı ilə bağlı - SƏRƏNCAM

Prezidentdən icra başçısı ilə bağlı - SƏRƏNCAM
SİYASƏT
17:08 18.12.2018
8641
Prezident İlham Əliyev Gülağa İslamovun 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

AZXEBER.COM xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Gülağa Bayram oğlu İslamov 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, dekabrın 19-da Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun 70 yaşı tamam olur.
OXŞAR XƏBƏRLƏR